- Hadisə
- 00:35
- 1 867
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar yola salınıb - FOTO
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.
AzNews.az xəbər verir ki, ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.
Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.
AzNews.az