Bakıda şagirdin güllələdiyi müəllimə əməliyyata hazırlanır - YENİLƏNİB

Məktəbdə şagirdin güllələdiyi müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Aznews.az xəbər verir ki, o, əməliyyata hazırlanır.

Vəziyyətinin ağır olduğu bildirilir.

***

10:47

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

Bu barədə DİN məlumat yayıb.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az