- Hadisə
- 18:05
- 820
Azərbaycanda ötən gün cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Azərbaycanda fevralın 13-də cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Aznews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən gün, həmçinin narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Bundan başqa, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 9 tüfəng, 3 patron darağı və 126 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.