- Hadisə
- 18:00
- 994
Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranının fəaliyyəti dayandırılıb.
Aznews.az xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq sözügedən restoranın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.