Səbaildə yaşayış binasında baş verən yanğın genişlənib - FOTO/VİDEO

Paytaxtın Səbail rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın qonşu mənzilə də keçib.

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, Lev Tolstot küçəsində yerləşən binanın birinci mənzilində alovun qarşısı alınsa da, yanğın sonradan bitişik ikinci mənzilə keçib. Hazırda alovun yenidən gücləndiyi bildirilir.

Yanğından 3 nəfər də əcnəbi xilas edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Aznews.az