- Hadisə
- 10:33
- 960
Şirvan sakini sirkə turşusundan öldü
Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb
Aznews.az xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Mənəfova Sevil Mirağa qızı yüksək konsentrasiyalı sirkə – “essensiya” turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.