Bolqarıstan futbolunun əfsanəsi Borislav Mixaylov vəfat edib

Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti, həmçinin millinin sabiq qapıçısı Borislav Mixaylov 63 yaşında vəfat edib.

Aznews.az xəbər verir ki, Mixaylov 2025-ci ilin noyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Borislav Mixaylov karyerası ərzində üçqat Bolqarıstan çempionu və ölkə kubokunun üçqat qalibi olub. O, 1983-1996-cı illərdə millinin şərəfini qoruyub. O, 102 matçla ölkə futbolu tarixində ən çox oyun keçirən ikinci futbolçu kimi yadda qalıb.

Qeyd edək ki, B.Mixaylov Bolqarıstan yığmasının yarımfinala qədər irəlilədiyi DÇ-1994-də komandanın əsas qapıçısı olub.