Şahin Mustafayev Overçukla görüşüb - FOTO

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukla görüşüb.

AzNews.az xəbər verir ki, işgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan-Rusiya iqtisadi münasibətləri, bu ilin aprelin 16-da Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının yekunları və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.

image description image description