- Hadisə
- 11:16
- 1 164
Bakıda daş karxanasında faciə: 49 yaşlı kişi öldü
Bakının Qaradağ rayonu ərazisində ölüm hadisəsi olub.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsi ərazisindəki daş karxanasında baş verib. Orada işləyən Cəlilabad rayon sakini - 1977-ci il təvəllüdlü Əkrəm Əliyev ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.