10 yaşlı uşaq arabadan yıxılıb ÖLDÜ

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AzNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iyunun 23-ü saat 19 radələrində Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki məhdudiyyətli şəxslər üçün istifadə edilən arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş uşaq orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.