- Ermənistan və Gürcüstan
- 14 Yanvar 2019 09:14
- 1 127
“ABŞ harada peyda olursa, orada...” - İran XİN
ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya yayır.
Bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Maykl Pompeonun anti-İran bəyanatına cavabında deyib.
Nazir bildirib ki, ABŞ harada peyda olursa, orada xaos, repressiya, haqsızlıq hökm sürür:
"İran Birləşmiş Ştatların "müştəri"lərinə və Pompeonun "insan hüquqları müdafiəçilərinin nümunələri" adlandırdığı keçmiş şah və ya indiki başkəsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək".
M.C.Zərif ABŞ-ı İranı itirməsi həqiqəti ilə barışmağa çağırıb.(trend.az)
© AzNews.az