İranın "Grace 1" tankeri Cəbəllütariqi bu gecə tərk edəcək

İranın “Grace 1” tankeri Cəbəllütariqi avqustun 18-də, yəni bazar günü tərk edəcək

Bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinejad şəxsi “Twitter” səhifəsində yazıb.

“Gəminin bu gün axşam dənizə çıxacağı gözlənilir”, - deyə diplomat bildirib. Onun sözlərinə görə, avqustun 15-də Cəbəllütariq hökuməti gəminin azad olunması barədə məlumat verdikdən sonra liman prosedurları və gəminin yeni komandasının toplanılması üzrə fəal şəkildə işlər aparılıb.