- Ermənistan və Gürcüstan
- 13 Dekabr 2021 20:22
- 10 276
Gürcüstanda kilsədən qiymətli ikona oğurlandı
Kilsə xidmətçisi Uça Kemaşvili deyib ki, bu, birinci hal deyil
Gürcüstanın şərqində, Gurcaani rayonunun Çumlaki kəndindəki qədim kilsə qarət olunub.
Aznews.az xəbər verir ki, oğrular çox qiymətli “Tanrı anası” (“Boqomateri”) ikonasını oğurlayıblar.
Kilsə xidmətçisi Uça Kemaşvili deyib ki, bu, birinci hal deyil. Cinayətkarlar keçən il Müqəddəs Qeorqi kilsəsindən ikona oğurlayıblar.
Gurcaani bələdiyyəsi ərazisindəki kilsələrdən ümumilikdə dörd belə qiymətli ikona oğurlanıb. Lakin bu cinayətlərə görə indiyədək heç kim saxlanılmayıb.
Oğurlanan əşyaların çox qiymətli olduğu bildirilir.