İranın dini lideri Ayətullah Əli Xamneyi Qasım Süleymaninin ölümündən danışıb İranın dini lideri Ayətullah Əli Xamneyi Qasım Süleymaninin ölümündən danışıb

“Tramp tarixin zibil qutusunda unudulacaq”

İranın dini lideri Ayətullah Əli Xamneyi Qasım Süleymaninin ölümündən danışıb

İranın dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın hava hücumunda həyatını itirən Qasım Süleymaninin ailəsi ilə görüşüb.

AzNews.az xəbər verir ki, dini lider buradakı çıxışında ABŞ-ın keçmiş prezidenti D.Trampı hədəf alıb.

Ayətullah Əli Xamneyi İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsi ilə bağlı Donald Trampın göstəriş verdiyini bildirib.

O D.Trampın dünyada törətdiyi cinayətlərə görə cavab verdikdən sonra tarixin zibil qutusunda unudulacağını deyib.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə ABŞ Müdafiə Nazirliyinin Bağdad Beynəlxalq Hava Limanına hücumu nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun “Qüds” Qüvvələrinin komandiri, general Qasım Süleymani və “Haşd əl-Şaabi” təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisi həyatını itirib. Pentaqon Qasim Süleymaninin D.Trampın təlimatı ilə öldürüldüyünü açıqlayıb.

Şəbnəm Zahir