- Ermənistan və Gürcüstan
- 13 Oktyabr 2022 13:58
- 11 715
İrandan Ermənistana daha bir jest: Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək
SEPAH Arazın cənub sahilinə qüvvə yığır
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional qərargahı Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər deyib.
O bildirib ki, təlimlər yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçiriləcək.
M.Pakvər bildirib ki, təlim ordunun illik təqviminə uyğun olaraq və Ordu Korpusunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.