Həbs olunan şəxslər "yer üzündə fitnə-fəsad törətmək”də təqsirləndirilib Həbs olunan şəxslər "yer üzündə fitnə-fəsad törətmək”də təqsirləndirilib

İranda MOSSAD-ın 10 agenti həbs edildi

Həbs olunan şəxslər "yer üzündə fitnə-fəsad törətmək”də təqsirləndirilib

İranın Qərbi Azərbaycan vilayətində İsrail Kəşfiyyat Mərkəzi (MOSSAD) ilə işlədiyi aşkar edilən 10 nəfərin həbs edildiyi, onlardan 4-nün edam cəzası ilə mühakimə olunacağı açıqlanıb.

AzNews.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yer alan xəbərlərə görə, həbs olunan şəxslər "yer üzündə fitnə-fəsad törətmək”də təqsirləndirilib.

Bəzi şübhəlilərin adam qaçırma, təxribat və İranın təhlükəsizlik qüvvələrinə aid məlumatları ötürdükləri bildirilib. Aşkarlanan MOSSAD agentura şəbəkəsinin sadəcə Qərbi Azərbaycanda deyil, paytaxt Tehran, Hürmüzgan və Şərqi Azərbaycan vilayətlərində də təxribat və sui-qəsd planlaşdırdıqları məlum olub.

Pərvanə