Nazir: İddialar araşdırılmalıdır Nazir: İddialar araşdırılmalıdır

İran: "Rusiyaya silahları müharibədən əvvəl satmışıq"

Nazir: İddialar araşdırılmalıdır

"Rusiyaya silahı Ukrayna ilə müharibəyə başlamazdan əvvəl göndərmişik".

AzNews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan paytaxt Tehranda keçirilən iclasda deyib.

"Müharibə başlayanda Rusiyaya silah göndərməyi dayandırdıq. Biz də prinsipcə Ukrayna müharibəsinin əleyhinəyik. Müharibədə istifadə etmək üçün Rusiyaya PUA və ya raket göndərməmişik, göndərməyəcəyik. Məsələyə aydınlıq gətirmək üçün Ukrayna ilə işləməyə hazırıq”, - deyə o bildirib.

Abdullahiyan bu iddiaların araşdırılmalı olduğunu deyib: " İran və Ukrayna tərəfini ekspertlərindən ibarət qrupla birgə görüş keçirilməsinə və Ukraynanın əlində olan bütün sübutları təqdim etməsinə hazırıq. Əgər bu görşdə Rusiyanın İrana aid PUA-lardan istifadə etdiyi aşkar edilərsə, buna laqeyd qalmayacağıq", - o əlavə edib.

Pərvanə