İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslaminin iştirakı ilə İsfahan şəhərində yeni nüvə reaktorunun inşasına başlanılıb İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslaminin iştirakı ilə İsfahan şəhərində yeni nüvə reaktorunun inşasına başlanılıb

İran yeni nüvə reaktoru inşa edir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslaminin iştirakı ilə İsfahan şəhərində yeni nüvə reaktorunun inşasına başlanılıb

AzNews.az xəbər verir ki, bu barədə İranın rəsmi televiziyası məlumat yayıb.

20 faiz zənginləşdirilmiş nüvə yanacağını istifadə edən 10 meqavatlıq hovuz tipli reaktorun İsfahan Nüvə Texnologiyaları Mərkəzində istifadə ediləcəyi bildirilib.

İnşa edilən reaktorun nüvə yanacaqlarının sınaqdan keçirilməsi, neytron şüalarının tədqiqatı, tibbi və sənaye radioizotoplarının istehsalı üçün istifadə olunacağı deyilir.

Pərvanə