Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Gürcüstanın Raça bölgəsində torpaq sürüşməsindən sonra dağıntılar altından daha dörd qurbanın cəsədi tapılıb.

Aznews.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, təbii fəlakət qurbanlarının sayı altı nəfərə çatıb.

360 telekanalı xəbər verir ki , ölən iki nəfərin cəsədi bir gün əvvəl, Raça bölgəsindəki Şovi dağ kurortunda baş verən sürüşmədən bir neçə saat sonra çıxarılıb . Meyitlər ekspertizaya göndərilib.

Xəbərdə, 31 nəfərin harada olduğu məlum deyil, onların axtarışları davam edir. 200-ə yaxın sakin isə təbii fəlakət zonasından çıxarıldığı qeyd edilib.

Mövsüm