İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər edəcəyi açıqlanıb.

Aznews.az xəbər verir ki, iki ölkə arasında əlaqələrin inkişaf mərhələsində olduğu, səfər zamanı iqtisadi əlaqələrin inkişafının da müzakirə olunacağı bildirilib.

İranın bloklanmış valyuta resurslarının bir qisminin sərbəst buraxıldığı da paylaşılıb.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası prosesi davam edir.

Mövsüm