İran ziyarətgahına hücumda iştirak etməkdə şübhəli bilinən 20 nəfər həbs edilib

İran təhlükəsizlik xidmətləri Fars əyalətinin cənub-qərbindəki Şah Çeraq məqbərəsinə edilən son hücumda ən azı 20 şübhəlini həbs edib .

Aznews.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hücumun hazırlanmasında kiçik də olsa rolu ola biləcək hər kəs saxlanılıb. Əsas şübhəlilər gələn həftə ittiham olunacaqlar.

Ədliyyə məmuru həmçinin bildirib ki, hücum edən Tacikistan əsilli 25 yaşlı Rəhmətullah Nuruzov indiyə qədər etdiyi əməldən peşmançılıq əlaməti göstərməyib. Çərşənbə günü Tasnim öz mənbələrinə istinadən bildirib ki, cinayətkar Əfqanıstanda İŞİD terror təşkilatının düşərgələrində təlim keçib.

Mövsüm