İran üçüncü hərbi təsvir peykini kosmosa göndərdiyini açıqlayıb

İran “Nur-3” adlı ölkənin üçüncü hərbi təsvir peykini kosmosa göndərdiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur sosial media hesabından paylaşdığı mesajda İnqilab Keşikçiləri Ordusu Aerokosmik Qüvvələri tərəfindən hazırlanan hərbi görüntü peykinin “Kasid” (Messenger) adlı peyk daşıyıcı raketdən istifadə edilərək orbitə buraxıldığını bildirib.

İranlı nazir bəyan edib ki, “Nur-3” adlı peykin yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirilməsi mərhələsi uğurla başa çatıb.

İlk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran 2020-ci ilin aprelində “Nur-1” adlı ilk hərbi peykini kosmosa çıxarıb. 2022-ci ilin martında İran "Nur-2"-ni 500 kilometr məsafədə orbitə yerləşdirdiyini elan edib.

Qeyd edək ki, İranın əvvəllər peyk yerləşdirmək cəhdlərindən bəziləri uğursuzluqla nəticələnib.

Mövsüm