- Rusiya və İran
- 18:46
- 1 643
İranda inflyasiya və bahalaşmaya qarşı etiraz aksiyaları keçirilir
İranın paytaxtı Tehranın bir sıra bazarlarında tacirlər inflyasiya və qiymətlərin bahalaşması əleyhinə iki gündür, etiraz aksiyaları keçirirlər.
Aznews.az xəbər verir ki, bu barədə məlumatı "İran İnternational" yayıb.
Qeyd olunub ki, aksiya şəhərin Çahar bazar, Qızıl Bazar, Laləzar, Əlaəddin döngəsi və Sirus ticarət obyektlərində keçirilir.
Bildirilib ki, dükanlarını bağlayaraq tətil edən aksiya iştirakçıları "Diktatorа ölüm!", "Bazarı həvəslə dəstəkləyin, dəstəkləyin!", "Bahalıq, inflyasiya - xalqın bəlasıdır!", "Bağlayın, bağlayın!" və bir sıra başqa kəskin məzmunlu şüarlar səsləndiriblər.
İnformasiyaya əsasən, valyuta və qızıl satışı üzrə resurslar bildiriblər ki, dekabrın 28-də bir ABŞ dolları 140 min tüməndən baha satılır.
Polis əməkdaşları aksiyaları dağıtmaq məqsədlə etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.