- Ermənistan və Gürcüstan
- 17 Oktyabr 2023 15:43
- 7 653
İran lideri İsrailin hücumlarına görə müsəlmanların qisas alacağı ilə bağlı xəbərdarlıq edib
İranın ali dini lideri Əli Xamneyi İsrailin Qəzza zolağının sakinlərinə qarşı aqressiv hərəkətlərinin müsəlmanların qəzəbi ilə bağlı xəbərdarlıq edib.
Aznews.az xəbər verir ki, bu barədə onun ölkənin elit və yüksək elmi istedadlarının nümayəndələrinin görüşündə çıxışı zamanı qeyd edib.
İran liderinin sözlərinə görə, Qəzzanın bombalanması davam edərsə, bütün dünya müsəlmanları birləşəcək və heç nə onları dayandıra bilməz.
“Dünyanın müsəlman ölkələri və hətta qeyri-müsəlmanları İsrailin davam edən cinayətlərindən xəbərdardırlar. Bu vəhşiliklər davam edərsə, dünya müsəlmanları və müqavimət qüvvələri səbrlərini itirəcək və onları dayandırmaq üçün heç bir yol olmayacaq”, - Xamneyi bildirib.
Mövsüm