- Ermənistan və Gürcüstan
- 20 Oktyabr 2023 13:20
- 7 151
Gürcüstan hakimiyyəti nüvə müharibəsi baş verəcəyi təqdirdə fəaliyyət planı hazırlayıb
Gürcüstan rəhbərliyi regionda mümkün nüvə müharibəsinə hazırlıq planı hazırlayıb.
Aznews.az xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili deyib.
“Hökumət rəhbərlərinin, onun cavabdehlik orqanlarının və bizim Dövlət Təhlükəsizliyi Xidmətinin qurumunun iştirakı ilə tədbirlər planı hazırlanıb təsdiq edilib, ona əsasən hər bir idarədə hər bir ssenari, [nüvə təhlükəsi zamanı] fəaliyyət planı",-deyə Liluaşvili qeyd edib.
O əlavə edib ki, bu halda Gürcüstan Səhiyyə Nazirliyi dərmanların siyahısını, onların əhaliyə paylanması sxemini, müalicəsini, təcili yardım sxemini, o cümlədən sığınacaqların ayrılmasını tərtib edib.
Mövsüm