- Ermənistan və Gürcüstan
- 23 Oktyabr 2023 18:33
- 8 945
Abdullahian: Cənubi Qafqazda müharibə bitdi, sülh və əməkdaşlıq zamanıdır
Cənubi Qafqaz regionunda müharibə başa çatıb.
Aznews.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında açılış nitqi ilə çıxış edərkən bildirib.
O qeyd edib ki, indi Cənubi Qafqaz regionunda sülh, əməkdaşlıq və tərəqqi zamanıdır.
“İnanırıq ki, bölgədə əcnəbilərin olması nəinki problemi həll etməyəcək, əksinə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olacaq”, - XİN rəhbəri vurğulayıb.