- Ermənistan və Gürcüstan
- 24 Oktyabr 2023 17:05
- 8 051
İtaliya mafiyasının liderlərindən biri Gürcüstanda saxlanılıb
İtaliya mafiyasının liderlərindən biri 67 yaşlı Cüzeppe Sqanqa Gürcüstanda saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın "Rustavi 2" telekanalı məlumat yayıb.
2020-ci ildə Sqanqa İtaliyada qiyabi olaraq mühakimə olundu və 11 il həbs cəzasına məhkum edildi və eyni zamanda beynəlxalq axtarışa verildi.
O və bu işə qarışan bir neçə başqa şəxs İtaliyanın Turin şəhərində müxtəlif cinayət əməllərinə cavabdeh olan mafiya birliyi yaratmaqda ittiham olunur.
Mövsüm