Nikol Paşinyan partiyadaşlarına butılka atıb - Ermənistan bu xəbərlə çalxalanır

Ermənistanın Baş naziri Nikol Paşinyan qapalı iclasda partiyadaşlarına butulka tolazlayıb.

AzNews.az xəbər verir ki, bu barədə İrəvanın “Joqovurd” qəzeti yazıb:

"Sentyabrın 17-də İrəvan meriyasına keçirilən seçkilərdəki məğlubiyyətdən sonra "Mülki Müqavilə" üzvləri hansısa yolla mer postunu tuta bildilər. Buna baxmayaraq, məğlubiyyət Nikol Paşinyanın və MMP üzvlərinin boğazında qalıb. Məğlubiyyətin səbəbləri hakimiyyət daxilində müzakirə edilir, günahkarlar axtarılır.

“Joqovurd” gündəlik qəzeti yazıb ki, həmin gün axşam saatlarında seçkilərin nəticələrinin müzakirəsi zamanı Ermənistanın hakim partiyasının qərargahında hava isti olub. Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə qərargaha gəlib. Onlar MMP üzvlərindən hesab tələb ediblər. Nikol Paşinyan qışqırdı, partiyadaşları ilə dava etdi, iş hətta o yerə çatdı ki, Paşinyan komanda yoldaşlarına butulka atdı.

Anna Akopyan da öz növbəsində KP üzvlərindən izahat tələb edib. Rəsmilər məğlubiyyəti seçki qərargahının rəhbəri Armen Pambuxçyanın üzərinə yıxmağa çalışıblar.

AzNews.az