- Ermənistan və Gürcüstan
- 8 Noyabr 2023 12:42
- 7 253
Azərbaycan səfirliyi Tbilisidə Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirir
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisi şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.
Aznews.az xəbər verir ki, səhər saatlarından başlayan aksiya çərçivəsində üzərində "Xarıbülbül", Şuşa, Xənkəndinin fotoları və digər məlumatları əks etdirən LED ekranlı yük avtomobili Azadlıq Meydanından hərəkətə başlayıb.
Həmin avtomobil paytaxtın mərkəzi küçə və prospektlərindən hərəkət edəcək.
Azərbaycanın Qələbə gününü özündə əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanır.
Aksiya günün sonunda başa çatacaq.