Ermənistan müdafiə büdcəsini 81 faiz artıracaq

Ermənistan 2024-cü ildə müdafiə xərclərini 2020-ci ilə nisbətən 81 faiz artırmağı planlaşdırır.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in xəbərinə görə, Maliyyə Nazirliyinin “Facebook” səhifəsində yer alan açıqlamaya əsasən, İrəvan administrasiyası 2024-cü ildə müdafiə sahəsinə 557 milyard dram (təxminən 2 milyard 301 milyon manat) vəsait ayırıb.

Nazirlik Ermənistanın 2020-ci il müdafiə xərcləri 308 milyard dram (təxminən 1 milyard 459 milyon manat) ilə müqayisədə 2024-cü ilin müdafiə büdcəsində 81 faiz artım nəzərdə tutur.

Bəyanatda Ermənistanın 2024-cü il müdafiə büdcəsinin ümumi dövlət xərclərinin 17 faizindən çoxuna uyğun olacağı bildirilib.

Mövsüm

Aznews.az