- Ermənistan və Gürcüstan
- 1 Fevral 2024 22:19
- 7 685
Paşinyan: Rusiya Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşı ola bilməz

Rusiya bir neçə səbəbə görə Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radisosuna müsahibəsində bildirib.
“Biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya biləcəyimizi başa düşməliyik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual və konsepsiyanın yaradılmasında heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiya Federasiyası ilə idi”, - deyə hökumət başçısı bildirib.