Atəşkəsi pozaraq təxribata cəhd edən 4 Ermənistan hərbçisi məhv edilib

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda daha 1 hərbçinin yaralı olduğu qeyd olunub.

Bundan öncə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “Azatutyun” radiostansiyasına açıqlamasında 4 hərbçinin öldüyünü açıqlamışdı.