Gürcüstanda “xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minib

Gürcüstanda “xarici təsirin şəffaflığı haqqında” qanun parlamentin spikeri Şalva Papuaşvilinin yekun imzası ilə qüvvəyə minib.

Papuaşvili parlamentdəki çıxışında hakim Gürcü Arzusu Partiyasının apreldə təqdim etdiyi “xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladığını açıqlayıb.

Qanunun Gürcüstanın təhlükəsizliyi və sabitliyi üçün vacib olduğunu vurğulayan Papuaşvili deyib: "Bu gün mən "xarici təsirin şəffaflığı haqqında" qanunu imzaladım. Bu qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin müqavimətini gücləndirməkdir”.

Papuaşvili Ədliyyə Nazirliyinə “xarici təsir maraqlarını həyata keçirən təşkilatların” qeydiyyatdan keçməsi üçün tələb olunan internet portalının yaradılması üçün 60 gün vaxt verildiyini bildirib və əlavə edib: “60 gündən sonra xaricdən maliyyə alan təşkilatlar qeydiyyatdan keçməli və öz sənədlərini bəyan etməli olacaqlar".

Mövsüm

Aznews.az