- Ermənistan və Gürcüstan
- 7 İyun 2024 13:47
- 4 505
Kaladze: Gürcüstanda heç kim ABŞ-nin sanksiyalarından qorxmur

Gürcüstanda heç kim Amerika sanksiyalarından qorxmur, çünki bunlar ABŞ tərəfindən tamamilə qeyri-ciddi addımlardır.
Bunu hakim “Gürcü arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Heç kim bu sanksiyalardan qorxmur. Biz bunu artıq bəyan etmişik. Bütün bunlar ciddi deyil. Bəziləri üçün səyahət qadağaları problem yaradır. Söhbət vətənimizin mənafeyindən gedirsə, mənim üçün bu o qədər də vacib deyil. Baş verənlər serial deyil”, - “Rustavi 2” telekanalı Kaladzedən sitat gətirib.
O qeyd edib ki, onun ABŞ vizası yoxdur və sonuncu dəfə ABŞ-də İtaliyanın “Milan” futbol klubunda çıxış etdiyi vaxt olub (Kaladze keçmiş peşəkar futbolçudur).
Mövsüm
Aznews.az