Ermənistan parlamenti iyunun 17-də hökumətin istefası ilə bağlı təklifə baxacaq

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılması zərurətinə dair təklif layihəsinə baxılması üçün iyunun 17-də parlamentin təcili iclasının çağırılması barədə göstəriş verib.

Sərəncam Milli Məclisin saytına yüklənib.

“Ermənistan Konstitusiyasının maddəsinə və Milli Assambleyanın Reqlamentinə uyğun olaraq və Milli Assambleya üzvlərinin təşəbbüsü ilə 2024-cü il iyunun 17-də saat 18:30-da (17:30) təcili sessiya çağırılmalıdır.

“Hökumətin istefası və yeni hökumətin formalaşdırılmasının zəruriliyi ilə bağlı Milli Assambleyanın mesajının layihəsi” – sərəncamda deyilir.

Mövsüm

Aznews.az