ABŞ administrasiyası tərəfindən Gürcüstan baş nazirinə göndərilən dəvət ləğv edilib

ABŞ administrasiyası Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ABŞ prezidenti Co Baydenlə ziyafətə dəvətini geri götürüb.

Bu faktı jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də təsdiqləyib.

“Amerika administrasiyası uzun illərdir ki, bizi strateji tərəfdaş adlandırır və onlar heç olmasa gürcü xalqından qonaqpərvərliyi öyrənməlidirlər, heç olmasa gürcü xalqından bunu mənimsəməlidirlər”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“İrakli Kobaxidze əvvəlcə ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında idi, lakin Bayden administrasiyası dəvəti ləğv edib. Administrasiya da Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən imtina etdi”,-deyə Gürcüstan mətbuatında qeyd edilib.

"Özünün göndərdiyi dəvət ertəsi gün geri götürüldü. Administrasiyadan gördüklərimiz, ilk növbədə, Amerikaya və Amerika xalqına qarşı təhqirdir",-deyə Papuaşvili vurğulayıb.

Mövsüm

AzNews.az