- Ermənistan və Gürcüstan
- 14 Noyabr 19:06
- 4 675
Paşinyan erməni cəmiyyətinin “anti-dövlət” şüurundan danışıb
Ermənistanda cəmiyyətin kollektiv təhtəlşüuru öz mahiyyətinə görə “anti-dövlət”dir və o, hətta ermənilərin müstəmləkələrin tərkibində yaşadıqları dövrdə formalaşıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Bizim kollektiv sosial təfəkkürümüz, başqa sözlə desək, şüuraltımız anti-dövlətdir, apolitikdir. Dövlətçilik məndən başlayaraq hamımızı narahat edir. Bizim indiki sosial psixologiyamız, sosial psixologiyamızın genetikası mahiyyət etibarı ilə biz koloniya, subyekt olanda formalaşıb”, - Paşinyan qeyd edib.
Mövsüm
AzNews.az