- Ermənistan və Gürcüstan
- 24 Aprel 20:01
- 10 098
Aİ-nin Ermənistandakı missiyası sosial şəbəkədəki postundan “soyqırımı” sözünü çıxarıb

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası sosial şəbəkələrdə qondarma “erməni soyqırımı”na həsr olunmuş paylaşımdan “soyqırımı” sözünü çıxarıb.
Bu barədə Aznews.az Ermənistan KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, missiya əvvəlcə “X” sosial şəbəkəsində “soyqırımı” sözünün işlədildiyi paylaşım edib, lakin bir neçə saat sonra bu ifadəni silərək, onu “1915-1923-cü illər qurbanlarının xatirəsi” ilə əvəzləyib.