- Paytaxt
- 27 Noyabr 2018 13:09
- 1 990
“2019-cu il dövlət büdcəsinin gəlirləri artacaq” - Samir Şərifov

Maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxış edib
2019-cu il dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 mlrd. 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.
AzNews.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2019-cu il dövlət büdcəsinin gəlirlərinin artımı Dövlət Gömrük Komitəsinin xətti ilə artımlar hesabına baş tutacaq.
Onun sözlərinə görə, dövlət büdcəsinin kəsirinin 159 mln. artırılması hədəflənib.
"Kəsir 159 mln. artırılaraq 2 mlrd. 22 mln. manat olacaq. Kəsirin ÜDM-də nisbəti dəyişməyəcək - 2,5% təşkil ecdəcək”.
Elgün
AzNews.az