Emmerson Mnanqaqvanın işgüzar səfəri yanvarın 19-da başa çatıb. Emmerson Mnanqaqvanın işgüzar səfəri yanvarın 19-da başa çatıb.
  • Paytaxt
  • 19 Yanvar 2019 16:45
  •  1 791

Zimbabve prezidentinin Azərbaycana işgüzar səfəri başa çatdı

Emmerson Mnanqaqvanın işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.(AZƏRTAC)

AzNews.az