"Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür" "Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür"
  • Paytaxt
  • 29 Yanvar 2019 21:03
  •  2 191

Prezident: Azərbaycanda 2 milyon yeni iş yeri yaradılıb - Son 15 il ərzində

"Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür"

"Son 15 il ərzində Azərbaycanda 2 milyon yeni iş yeri yaradılıb. Əhalinin sayı isə 1,6 milyon artıb. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər".

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı söyləyib.

“Əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq”, - deyə dövlət başçısı qeyd edib.

AzNews.az