"Dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm" "Dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm"
  • Paytaxt
  • 25 İyul 2019 17:33
  •  3 800

Prezident İlham Əliyev maldivli həmkarını təbrik etdi

"Dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm"

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

AzNews.az