"Qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm" "Qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"
  • Paytaxt
  • 29 İyul 2019 17:39
  •  2 506

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik etdi

"Qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzNews.az