"Dost Meksika xalqına daim sülh və rifah diləyirəm" "Dost Meksika xalqına daim sülh və rifah diləyirəm"
  • Paytaxt
  • 14 Sentyabr 2019 12:50
  •  2 257

Prezident İlham Əliyev meksikalı həmkarını təbrik etdi

"Dost Meksika xalqına daim sülh və rifah diləyirəm"

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına daim sülh və rifah diləyirəm".

AzNews.az