Azərbaycanın uğurlu inkişafı davamlı olsun Azərbaycanın uğurlu inkişafı davamlı olsun
  • Paytaxt
  • 12 Noyabr 2019 09:25
  •  2 011

Mehriban Əliyeva xalqımızı təbrik etdi

Azərbaycanın uğurlu inkişafı davamlı olsun

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.

Birinci vitse-prezident bu barədə İnstagramda paylaşım edib:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”.

AzNews.az