"Zəlzələ qurbanlarına və Albaniya xalqına başsağlığı veririk" "Zəlzələ qurbanlarına və Albaniya xalqına başsağlığı veririk"
  • Paytaxt
  • 26 Noyabr 2019 18:55
  •  4 439

Azərbaycan XİN Albaniyaya başsağlığı verdi

"Zəlzələ qurbanlarına və Albaniya xalqına başsağlığı veririk"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Albaniyada baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"Albaniyada bu gün baş verən güclü zəlzələ ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq. Zəlzələ qurbanlarına və Albaniya xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, Albaniyada baş verən 6.4 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.

AzNews.az