"Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram "Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram
  • Paytaxt
  • 27 May 2020 16:10
  •  10 263

Belçikalıların Kralı Prezident İlham Əliyevə məktub göndərib

"Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram.

Pandemiya ilə əlaqədar çətin vəziyyətin yarandığı bu günlərdə Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram".