“Bizim bütün gənclərimiz bizim qəhrəmanlarımıza oxşamalıdırlar" “Bizim bütün gənclərimiz bizim qəhrəmanlarımıza oxşamalıdırlar"
  • Paytaxt
  • 15 İyul 2020 22:54
  •  4 812

“Elvinə dedim ki, atasına oxşamalıdır” - Prezident

“Bizim bütün gənclərimiz bizim qəhrəmanlarımıza oxşamalıdırlar"

“Polkovnik İlqar Mirzəyevin oğlu ilə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır”.

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirilən iclasda deyib:

“Bizim bütün gənclərimiz bizim qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, onların torpaq, vətən uğrunda göstərdikləri şücayət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Allah yaralı hərbçilərimizə şəfa versin!”.