• Paytaxt
  • 31 Oktyabr 2020 17:15
  •  1 564

"Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir"

Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yazılıb

Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarının yaşayış yerlərinə zərbələr endirir.

Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yazılıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarındakı yaşayış məntəqələrini hədəf alır: "Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmətlə bağlı çağırışının ardınca baş verir!".

AzNews.az