Ad günü münasibətilə Ad günü münasibətilə
  • Paytaxt
  • 24 Dekabr 2020 13:15
  •  3 995

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Ad günü münasibətilə

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzNews.az xəbər verir ki, Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, əməkdaşlığımızın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.